Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə yola düşüb

28-10-2018, 21:32
Oxunub: 229
XİN başçısı Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb


Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

XİN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarov İstanbulda keçiriləcək Türkiyə Respublikası, Gürcüstan və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin VII üçtərəfli görüşü, habelə Türkiyə Respublikası, Azərbaycan Respublikası və İran İslam Respublikasının xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə iştirak edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti