Yunanıstan sahillərində 6,6 maqnitudalı zəlzələ baş verib

26-10-2018, 10:31
Oxunub: 268
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib


İonik dənizində, Yunanıstan sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Afina şəhərindən 282 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
 
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti