«Bakıelektrikşəbəkə»: "Borcunuz varsa ödəyin"

14-12-2012, 12:47
Oxunub: 1021


«Bakıelektrikşəbəkə» ASC abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmaları istiqamətində yenidənqurma işlərini davam etdirir.

 

Verilən məlumata görə, ASC üzrə təsdiq olunmuş Tədbirlər Planına əsasən, şəbəkələrdə cari və əsaslı təmir işləri müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Bu məqsədlə yeni yarımstansiyaların tikintisi, mövcud yarımstansiyalarda əsaslı təmir, yenidənqurma işləri, elektrik avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması və aşkar edilmiş nasazlıqların aradan qaldırılması, mexanizmlərin saz vəziyyətə gətirilməsi, lazımi miqdarda ehtiyat hissələrinin, mal-materialların, avadanlıqların ehtiyatının yaradılması, elektrik veriliş xətlərinin təmiri və sairə kimi tədbirlər yerinə yetirilməkdədir: «Görülən işlər nəticəsində şəbəkənin gücü günü-gündən artırılır, yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür. Bütün bunlara baxmayaraq bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtında ödəmir».

ASC-dən həmçinin bildirilib ki, «Bakıelektrikşəbəkə»nin fəaliyyəti dövründə borcu olan abonentlərin elektrik enerjisi təchizatı cari ilin dekabrın 17-i saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq: «Borcunu qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq ki, bu da abonentlərə müəyyən problemlər yaradacaq. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur».

 

APA 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti