Con Bolton Vladimir Putinlə regional münaqişələri müzakirə edəcək

23-10-2018, 16:18
Oxunub: 38
Tərəflər həmçinin iki ölkənin münasibətlərini və strateji təhlükəsizlik məsələlərini müzakirə edəcəklər


ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə regional münaqişələri və Suriya məsələsini müzakirə edəcək.

Report Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

Onun sözlərinə görə, tərəflər həmçinin iki ölkənin münasibətlərini və strateji təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiyadan sonra ABŞ prezidentinin müşaviri Azərbaycan, Ermənistan və Gürcüstana da səfər edəcək. Amerikalı diplomatın Azərbaycana oktyabrın 24-də gəlməsi gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti