MKİ rəhbəri Camal Qaşıqçının qətlinin araşdırılması üçün Türkiyəyə səfər edəcək

23-10-2018, 08:16
Oxunub: 25
ABŞ prezidenti Donald Tramp Qaşıqçının ölümü ilə bağlı araşdırmanın nəticələrindən razı deyil


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlinin araşdırılması üçün Türkiyəyə səfər edəcək.

Bu barədə Report "İzvestiya.ru"ya istinadən xəbər verir.

Qeyd edilir ki, mənbələr MKİ rəhbərinin Amerika KİV-i ilə əməkdaşlıq etmiş jurnalistin müəmmalı şəkildə həlak olmasının araşdırılmasına cəlb edilməsi haqqında bildirib.

ABŞ prezidenti Donald Tramp Qaşıqçının ölümü ilə bağlı araşdırmanın nəticələrindən razı deyil. Lakin prezident Səudiyyə Ərəbistanına qarşı sanksiyalarla bağlı təklifləri də rədd edib.

ABŞ Konqresinin Senatı Cina Haspeli mayda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə təsdiq edib. O, 1998-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin Bakı rezidenturasını rəhbərinin müavini işləyib. Eyni zamanda 2000-ci ildə MKİ-nin Ankaradakı rezidenturası rəhbərinin müavini olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti