Azərbaycanın ixrac missiyası Türkiyəyə gedir

23-10-2018, 15:30
Oxunub: 31
İxrac missiyasına 19 Azərbaycan şirkəti daxildir


İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Türkiyənin İstanbul şəhərinə təşkil olunacaq.

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, bu gündən başlayan ixrac missiyasına qida, inşaat və tikinti materialları, mebel istehsalı, turizm, yüngül və kimya sənayesi səhələrində fəaliyyət göstərən 19 Azərbaycan şirkəti daxildir. Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar türk iş adamları ilə ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparacaqlar.

İxrac missiyası oktyabrın 27-dək davam edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti