İcazəsiz balıq ovlayan şəxslər saxlanılıb

23-10-2018, 15:24
Oxunub: 36
Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyerlər barəsində 440 manat məbləğində iddia qaldırılıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Lənkəran şəhər akvatoriyasında icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxslərin Lənkəran rayon sakinləri Rüfət Kərimov və Niyaz Əskərov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri və taxta qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyerlər barəsində 440 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti