DGK sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək

23-10-2018, 15:20
Oxunub: 30
Qəbul zamanı sakinlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək


Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev oktyabrın 26-da saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində (20 yanvar küç.172) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən Etatist.com-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Mingəçevir şəhərinin, Şəki, Oğuz, Qəbələ rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsi, Yevlax gömrük postu (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti