Vyetnam parlamenti ölkənin yeni prezidentini seçib

23-10-2018, 15:14
Oxunub: 37
Nquen Fu Çonqu ölkənin yeni prezidenti seçilib


Vyetnam parlamenti iqtidardakı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Nquen Fu Çonqu ölkənin yeni prezidenti seçib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Konstitusiyaya əsasən, ölkədə ali hakimiyyət pilləsi olaraq rəhbərləri təyin etmək və ya istefaya göndərmək səlahiyyətinə malik parlamentin Nəzarət Komissiyası məlumat yayıb.

Qeyd edək ki, ölkəyə 2016-cı ildən rəhbərlik edən əvvəlki Prezident Çan Dai Kuanq bu il sentyabrın 21-də vəfat etdikdən sonra dövlət başçısı kürsüsü boşalmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti