2019-cu il üçün yaşayış minimumu və ehtiyac meyarı müəyyənləşib

23-10-2018, 14:05
Oxunub: 63
Hər iki qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minir


Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarının həddi müəyyənləşib.

Report xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Hər iki qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti