"Uilla" qasırğasının gücü 5-ci dərəcəyə yaxınlaşıb

23-10-2018, 02:37
Oxunub: 29
Küləyin maksimal sürəti saatda 250 kilometr təşkil edir


Sakit okeanda "Uilla" qasırğası 5 mümkün təhlükə dərəcəsindən sonuncuya yaxınlaşıb.

Trend-in məlumatına görə, hazırda qasırğa Meksikanın qərbində yerləşən Kabo-Korriyentes bələdiyyəsindən 255 kilometr cənub-qərbdədir və saatda 11 kilometr sürətlə şimal tərəfə hərəkət edir.

Küləyin maksimal sürəti saatda 250 kilometr təşkil edir (təxminən saniyədə 69 metr). Küləyin sürəti saniyədə 70 metrə bərabər və ya artıq olanda qasırğa 5-ci dərəcəyə uyğun hesab edilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti