Şimali və Cənubi Koreya arasında keçiriləcək danışıqların tarixi məlum olub

22-10-2018, 10:07
Oxunub: 121
Bu barədə bazar ertəsi Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildirilib


Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya generallar səviyyəsində hərbi danışıqlar aparmaq üçün vaxt təyin ediblər. Danışıqlar oktyabrın 26-da Phammuncom sərhəd məntəqəsində keçiriləcək.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə Cənub və Şimalın birgə hərbi komissiyasının yaradılması və işi, hərbsizləşdirilmiş zonada 1950-1953-cü illərdəki Koreya müharibəsində ölmüş əsgərlərin qalıqlarının birgə axtarışı üzrə təkliflərin müzakirə olunacağı güman edilir.

Qeyd edək ki, KXDR nümayəndə heyətinə general-mayor An İk San başçılıq edəcək, Koreya Respublikasını isə general-mayor Kim Do Qyun təmsil edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti