""Brexit"ə dair yekun razılaşma 95 faiz hazırdır"

22-10-2018, 12:45
Oxunub: 30
"Brexit" məsələsinə dair tərəflər arasında danışıqlar 19 iyun 2017-ci il tarixində Brüsseldə başlayıb


"Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında "Brexit" barədə razılaşmanın 95 faizi artıq hazırdır, yalnız İrlandiya – Böyük Britaniya sərhədinə dair məsələ həll olunmamış qalır".

Report TASS-a istinadən xəbər verir ki, bunu bu gün Böyük Britaniya parlamentindəki çıxışı zamanı Baş nazir Tereza Mey deyib.

“Brexit" və ona aid qayda sənədlərinə dair razılaşmanın 95 faizi hazırdır”, o vurğulayıb.

Baş nazirin sözlərinə görə, Şimali İrlandiyanı (Olster) Aİ müştərək bazarı və gömrük ittifaqı çərçivəsində saxlamaq mexanizmi razılaşdırılmadan "Brexit" sazişi imzalana bilməz. 

T.Mey xatırladıb ki, Şimali İrlandiyanın bütovlüklə Böyük Britaniyadan ayrı olaraq gömrük ittifaqı çərçivəsində qalmasını nəzərdə tutan Aİ-nin təklifini qəbul etməyəcəklər.

Ümumiyyətlə, "Brexit" məsələsinə dair tərəflər arasında danışıqlar 19 iyun 2017-ci il tarixində Brüsseldə başlayıb. Böyük Britaniyanın Avropa İttifaqından çıxması 29 mart 2019-cu ildə rəsmiləşdiriləndən sonra 31 dekabr 2020-ci ilədək davam edəcək keçid dövrü başlayacaq. Bu müddət ərzində Böyük Britaniya tərəfi üzvlük haqqını köçürməlidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti