Türkiyə Səudiyyə Ərəbistanı ilə münasibətlərin korlanmasını istəmir

22-10-2018, 21:15
Oxunub: 36
"Qaranlıq məsələlərin qalmaması üçün Səudiyyə Ərəbistanı ilə birgə çalışmalıyıq"


Türkiyə Səudiyyə Ərəbistanı ilə münasibətlərinin jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə əlaqədar zərər çəkməsində maraqlı deyil.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib.

“İctimaiyyətdən gizli heç nə olmayacaq, bizim məqsədimiz bütün məqamların araşdırılmasıdır. Qaranlıq məsələlərin qalmaması üçün Səudiyyə Ərəbistanı ilə birgə çalışmalıyıq. Bütün bunların çoxlu sayda birgə layihələrimizin və əməkdaşlıq sahələrinin olduğu Səudiyyə Ərəbistanı ilə münasibətlərimizə xələl gətirməsini istəmirik. Bizim üçün qardaş ölkədir, odur ki, işlər böyük həssaslıqla aparılır”, - deyə o qeyd edib.

Jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib. Oktyabrın 20-də Səudiyyə hökuməti jurnalistin konsulluq binasında öldürüldüyünü rəsmi şəkildə açıqlayıb. Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman mərhumun ailəsinə başsağlığı veriblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti