Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 166 əcnəbi saxlanılıb

22-10-2018, 17:56
Oxunub: 34
Həmin əcnəbilərdən 125 nəfər barəsində inzibati qərarlar qəbul olunub


Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 166 nəfər əcnəbi saxlanılıb.

DMX-dən Etatist.com-a verilən məlumata görə, onlardan 1 nəfər Pakistan və 1 nəfər Gürcüstan vətəndaşı Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.

Saxlanılmış 13 nəfər Türkmənistan və 9 nəfər Türkiyə vətəndaşının gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 1 nəfər Türkiyə vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu, digər 141 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Həmin əcnəbilərdən 125 nəfər barəsində inzibati qərarlar qəbul olunub. Digər 41 əcnəbinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti