“Zəngi” liseyinə yeni direktor təyin edilib

22-10-2018, 17:52
Oxunub: 33
Ceyhun Bayramovun müvafiq əmri ilə bu vəzifə Almaz Əsgərovaya həvalə olunub


 “Zəngi” liseyinə yeni direktor təyin olunub.

Report-un əldə etdiyi məlumata görə, təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bu vəzifə Almaz Əsgərovaya həvalə olunub.

A.Əsgərova bundan əvvəl Təhsil Nazirliyinin Keyfiyyətin təminatı sektorunun müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bu ilin avqust ayında “Zəngi” liseyinin yaradıcısı və uzun müddət direktoru olan Azərbaycanın əməkdar təhsil işçisi Bayram Heydərov vəfat edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti