"2019-cu ildə neftin qiyməti 100 dollar/barel həddini keçə bilər"

22-10-2018, 09:55
Oxunub: 29
"Səudiyyə Ərəbistanının oktyabr ayındakı hasilatı sutkada 10,7 milyon barel təşkil edir"


"Dünya neft bazarında təchizat həcmindəki qeyri-müəyyənlik davam edir. Buna İrana qarşı sanksiya tətbiqi təhlükəsi və bir sıra digər ölkələrdən təchizatın azalması təsir edir. Ona görə də 2019-cu ildə neftin qiymətinin 100 dollar/barel həddini keçə biləcəyi istisna edilmir".

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fələh bildirib.

"Digər istehsalçıların başına nələr gələcəyini bilmədiyimdən sizə nədəsə təminat verə bilmərəm. Səudiyyə Ərəbistanının oktyabr ayındakı hasilatı sutkada 10,7 milyon barel təşkil edir. Deyə bilərəm ki, ehtiyac olacağı təqdirdə bu göstəricini sutkada 12 milyon barelə çıxa bilərik, buna əmin ola bilərsiniz. Amma bazardan 3 milyon barel yoxa çıxsa, bu həcmi bərpa edə bilməyəcəyik, ona görə də anbarlardakı neft ehtiyatlarından istifadə etməli olacağıq", - nazir neftin qiymətinin hazırkı 80 dollar/barel həcmindən 100 dollar/barelə qədər qalxmasının mümkünlüyü ilə bağlı verilmiş sualı cavablandırarkən vurğulayıb.

O, həmçinin azalan təklifi normada saxlamaq və qiymətlərdə yeni növbəti pik nöqtəyə qalxmaqdan yayınmaq üçün OPEC+ ölkələrinin iyul ayından etibarən istehsalı artırdığını xatırladıb: "Bazar kəsirdən qorxur və hasilatın azaldılması üzrə əvvəlki bir il yarımdakı siyasəti davam etdirsəydik, yenidən neftin qiymətinin bir barelə görə 100 dollar həddini keçdiyini görərdik. Ona görə də tədbirlər gördük".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti