Əfqanıstanda seçki günü partlayışlar nəticəsində 44 nəfər ölüb - YENİLƏNİB

20-10-2018, 20:12
Oxunub: 32
Silsilə terror aktları zamanı həmçinin 200-dən çox insan xəsarət alıb


Əfqanıstanda parlament seçkiləri zamanı törədilən partlayışlar zamanı ölənlərin sayı 44 nəfərə çatıb.

Bu barədə Report yerli "Pajvok" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, silsilə terror aktları zamanı həmçinin 200-dən çox insan xəsarət alıb.

Terrorçular seçki məntəqələrini və onların ətrafını hədəf seçiblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, terror aktları zamanı onlarla asayiş keşikçisi və bir hərbi qulluqçu həlak olub. Qeyd edilir ki, bu günə qədər 192 silahlı insident qeydə alınıb.

* * *

Əfqanıstanda parlament seçkiləri zamanı 15 nəfər partlayışların qurbanı olub, daha 110 nəfər yaralanıb.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Pajvak" agentliyi məlumat yayıb.

* * *

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Emergency" qeyri-hökümət təşkilatından məlumat verilib. 

"Mərkəzimizə indiyədək 30 xəstə daxil olub. Onlar arasında bir uşaq var ki, mərkəzə çatdırılanadək yolda dünyasını dəyişib", - təşkilatın "Twitter" səhifəsində qeyd olunub.

* * *

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqələrində bir neçə partlayış baş verib.

Report TASS-a istinadən xəbər verir ki, insidentin digər təfərrüatı hələlik açıqlanmır.

Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti