Azərbaycan ilə Aİ arasında təhlükəsizlik üzrə ilk dialoq keçiriləcək

19-10-2018, 14:45
Oxunub: 45
"Təhlükəsizlik sahəsinə aid ən müxtəlif məsələlərə dair geniş məsləhətləşmələr aparılacaq"


Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik üzrə ilk dialoq keçiriləcək.

Bunu Report-a Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas bildirib.

O, oktyabrın 29-30-da Bakıda keçiriləcək görüşdə Avropa Xarici Tədbirlər Xidmətinin Baş katibi müavini Jan Kristof Belardın başçılıq etdiyi Aİ nümayəndə heyətinin iştirak edəcəyini deyib.

“Hələlik görüşün gündəmini razılaşdırırıq. Təhlükəsizlik sahəsinə aid ən müxtəlif məsələlərə dair geniş məsləhətləşmələr aparılacaq”, - diplomat söyləyib.

Qeyd edək ki, bu ilin fevral ayında Xarici İşlər Nazirliyi Avropa İttifaqı ilə Azərbaycan arasında təhlükəsizlik və enerji məsələləri üzrə dialoq mexanizminin təsis edilməsi barədə razılıq əldə olunduğunu açıqlamışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti