Gənclər təşkilatlarına veriləcək qrantın aşağı və yuxarı həddi müəyyən edilib

19-10-2018, 13:38
Oxunub: 42
Hər bir gənc hər qrant müsabiqəsi çərçivəsində “C” kateqoriyası üzrə 1 layihə təqdim etmək hüququna malikdir


Azərbaycanda gənclər təşkilatlarına ən az 5 min, ən çox isə 15 min qrant verilə bilər.

Report xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”nda əksini tapıb.

Qaydaların 3-cü (Qrant maliyyələşdirilməsi ilə bağlı ümumi məsələlər) maddəsinə əsasən, müsabiqədə yalnız müəyyən edilmiş tələblərə cavab verən gənclər və gənclər təşkilatları iştirak etmək hüququna malikdirlər. Gənclər təşkilatlarının hər qrant müsabiqəsi çərçivəsində müsabiqəyə “A” və ya “B” kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Gənclər Fondu tərəfindən maliyyələşdirilməsinə yol verilir. Hər bir gənc hər qrant müsabiqəsi çərçivəsində “C” kateqoriyası üzrə 1 layihə təqdim etmək hüququna malikdir. Müsabiqəyə təqdim olunmuş “A” və “B” kateqoriyaları üzrə layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Müsabiqəyə təqdim olunmuş “C” kateqoriyası üzrə layihələrin icra müddəti 2 aydan az, 12 aydan çox olmamalıdır. “A” kateqoriyası üzrə ayrılmış qrant məbləğinin dəyəri 10 min manatdan, “B” kateqoriyası üzrə 15 min manatdan, “C” kateqoriyası üzrə isə 5 min manatdan çox olmamalıdır.

Maddədə qeyd olunub ki, digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti