Tramp Camal Qaşıqçı haqqında: “Onun öldürüldüyünə qəti olaraq əminəm”

19-10-2018, 10:25
Oxunub: 66
"Bəzi araşdırmaların başa çatmasını, bəzi nəticələri gözləyirik"


“Mən onun öldürüldüyünə qəti olaraq əminəm”.

Report “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “New York Times” qəzetinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçının öldürülüb-öldürülməməsi ilə bağlı sualını cavablandırarkən deyib. 

“Bu, çox pis hadisədir. Əgər böyük bir möcüzə baş verməsə, onun öldüyünü qəbul edirəm”, - D.Tramp vurğulayıb.

O, bir çox ölkədən aldığı hesabatlara əsasən bu qənaətə gəldiyini bildirib. ABŞ Prezidenti jurnalist C.Qaşıqçının öldürülməsi barədə təlimatı verənin kimliyi ilə bağlı qəti nəticə çıxarmağın hələ tez olduğunu deyib: “Ancaq həqiqətin ortaya çıxacağına heç şübhəm yoxdur".

D.Tramp vurğulayıb ki, C.Qaşıqçını Səudiyyə Ərəbistanı rəhbərliyinin öldürdüyü aşkar edilərsə, o halda rəsmi Vaşinqtonun təzyiqi çox ağır olacaq: “Bəzi araşdırmaların başa çatmasını, bəzi nəticələri gözləyirik. Yaxın zamanda bunları əldə edəcəyik. Məncə, bundan sonra çox sərt bir açıqlama verəcəyik. Ancaq 3 fərqli araşdırma barədə nəticə gözləyirik”.

Qeyd edək ki, bu il oktayrbın 2-də Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb. Hadisə ilə bağlı səs qeydlərinin olduğu da bildirilir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti