ABŞ-da iki muzey Səudiyyə Ərəbistanının maliyyəsindən imtina edəcək

19-10-2018, 09:55
Oxunub: 255
Bu muzey proqramları Səudiyyə Ərəbistanı hökuməti ilə bağlı qruplar tərəfindən dəstəklənirdi


ABŞ-da Nyu-York Metropolitan Muzeyi və Bruklin Muzeyi müxalifətçi jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının maliyyəsindən imtina edəcək.

Report xəbər verir ki, bu barədə ABŞ-ın "The New York Times" qəzeti yazıb.

Qeyd edilir ki, C.Qaşıqçının itkin düşməsindən sonra yaranmış ictimai rezonans muzeylərin bir neçə tədbirdə - Bruklin Muzeyində suriyalı qaçqınlara həsr olunmuş sərgidə və Metropoliten Muzeyində Yaxın Şərq sənətinin kurasiyası haqqında seminarda Səudiyyə Ərəbistanının maliyyəsindən imtina etməsinə səbəb olub.

Bildirilir ki, bu muzey proqramları Səudiyyə Ərəbistanı hökuməti ilə bağlı qruplar tərəfindən dəstəklənirdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti