Almaniya qoşunlarının Suriya və İraqda qalma müddəti uzadılıb

19-10-2018, 08:20
Oxunub: 42
Missiyaya təqribən 800 hərbçi cəlb olunub


 Bundestaq Almaniya silahlı qüvvələrinin Suriya və İraqda ABŞ-ın rəhbərlk etdiyi koalisiyanın tərkibində İŞİD terror təşkilatına qarşı mübarizədə iştirak müddətini 31 oktyabr 2019-ci il tarixinədək uzadıb.

Report DPA-ya istinadən xəbər verir ki, missiya kəşfiyyat fəaliyyəti, havada yanacaq doldurmaq, qərargahlar üçün kadr təminatı kimi tapşırıqlarda iştirak etməkdə Suriya və İraqda terrorçulara qarşı mübarizədə beynəlxalq koalisiyaya dəstəyini davam etdirəcək.

Onlar həmçinin iraqlı həmkarlarının təlimatını davam etdirəcəklər.

Missiyaya təqribən 800 hərbçi cəlb olunub.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-ər-Zor şəhərində dinc əhalini bombalayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti