ABŞ dövlət katibi Qaşıqçının "qətli zamanı" qeydə alınan səs yazısını dinləyib

19-10-2018, 08:11
Oxunub: 41
Pompeo səs yazısı ilə çərşənbə günü tanış olub


Pompeo Türkiyədə Qaşıqçının "qətli zamanı" qeydə alınan səs yazısını dinləyib. Ona səs yazısının stenoqramı verilib.

ABŞ-ın dövlət katibi Maykl Pompeo Türkiyəyə səfəri zamanı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda müxalifətçi jurnalist Camal Qaşıqçının qətli zamanı qeydə alındığı ehtimal edilən səs yazısını dinləyib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ABC telekanalı məlumat yayıb.

Türkiyənin rəsmi şəxsləri sırasından olan mənbənin məlumatına görə, Pompeo səs yazısı ilə çərşənbə günü tanış olub, bundan əlavə, ona səs yazısının stenoqramı verilib.

Eyni zamanda Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert telekanala bildirib ki, Pompeo "plyonkanı dinləməyib". Lakin o, dövlət katibinin stenoqramı alıb-almadığını dəqiqləşdirməyib.

ABC-nin məlumatına görə, Pompeonun ABŞ prezidentinə Səudiyyə Ərəbistanı və Turkiyəyə səfərləri barədə məruzə edən zaman stenoqramı ona verib-vermədiyi hələ məlum deyil.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının çox ehtimal ki, öldüyünü bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti