Ekvador hökuməti Venesuela səfirini ölkədən çıxarır

19-10-2018, 02:17
Oxunub: 36
"Ekvador Respublikası öz hakimiyyətinə qarşı nümayiş etdirilən heç bir hörmətsizliyə səbr edən deyil"


Ekvador hökuməti Venesuela səfirini ölkədən göndərmək qərarına gəlib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Ekvadorun Xarici İşlər Nazirliyi məlumat yayıb.

İdarənin kommünikesində deyilir ki, bu addımın atılmasına səbəb Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriqesin Ekvador prezidenti Lenin Morenoya qarşı bəyanatı səbəb olub.

"Ekvador Respublikası öz hakimiyyətinə qarşı nümayiş etdirilən heç bir hörmətsizliyə səbr edən deyil. Bununla belə, öz demokratik və humanitar prinsiplərinə sadiq qalan Ekvador, ölkəsinə daxil olan Venesuela vətəndaşlarının hüquqlarının müdafiəsi naminə mühüm iqtisadi və sosial tədbirlər görərək, onlara yardım etməkdə davam edəcək", - deyə idarənin məlumatında bildirilir.

Ekvadorun Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, ölkənin Venesueladakı müvəqqəti işlər vəkilini məsləhətləşmək üçün geri çağırıb.

Bundan əvvəl Ekvadorda narkotik maddə alverçilərinə qarşı aparılan üç əməliyyat nəticəsində ümumilikdə 1200 ton kokain aşkar edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti