DGK sədri Türkiyə səfiri ilə görüşüb

18-10-2018, 16:54
Oxunub: 43
Səfər Mehdiyev Erkan Özoralla görüşüb


Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb. 

Bu barədə Etatist.com-a DGK-dan məlumat verilib.

Məlumata görə, S.Mehdiyev qeyd edib ki, xüsusilə son illər regionda həyata keçirilən nəqliyyat və logistika layihələrinin Azərbaycanla Türkiyənin təşəbbüsü və iradəsi ilə reallaşması münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir.

Səfir E.Özoral iki ölkə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin gələcək perspektivlərindən bəhs edib, gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti