Azərbaycan 4 Aİ ölkəsinə nar ixrac edə bilər

18-10-2018, 16:12
Oxunub: 45
Hazırda bu istiqamətdə danışıqlar aparılır, müqavilələrin bağlanılması gözlənilir


Azərbaycan Avropa İttifaqına (Aİ) daxil olan 4 ölkəyə - Almaniya, Fransa, Latviya və Polşaya nar ixrac edə bilər. 

Bu barədə Report-a açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının katibi Şahin Həsənli məlumat verib. 

Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır, müqavilələrin bağlanılması gözlənilir. 

Qeyd edək ki, hazırda Azərbaycanın nar ixracında əsas istiqamət qonşu Rusiyadır. 

Assosiasiya rəsmisi onu da deyib ki, bu il nar ixracının ötən illə müqayisədə 20-25% çox olacağı proqnozlaşdırılır. 

Xatırladaq ki, Azərbaycan adı çəkilən ölkələrdən Polşaya həm də xurma ixrac etməyi planlaşdırır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti