Azərbaycan məhsulları Parisdə sərgilənəcək

18-10-2018, 14:36
Oxunub: 74
Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edəcək


Oktyabrın 21-25-də Fransanın paytaxtı Parisdə “Sial Paris” beynəlxalq ərzaq sərgisi işə başlayacaq.

Bu barədə Etatist.com-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, sərgidə nazirliyin və Azərbaycanın Fransa Respublikasındakı səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay və digər məhsulların istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edəcək.

Sərgi çərçivəsində yerli şirkətlərin nümayəndələri Parisdə fəaliyyət göstərən kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorlarla görüşlərdə iştirak edəcək, potensial müştərilərlə ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, dünyanın 109 ölkəsindən 7020 şirkətin iştirak edəcəyi “Sial Paris” sərgisi Avropanın ən irimiqyaslı ərzaq məhsulları sərgilərindəndir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti