Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında axtarış aparılıb

18-10-2018, 13:39
Oxunub: 180
Axtarış prosesi doqquz saatdan çox davam edib


Türkiyəli müstəntiqlər itkin düşmüş jurnalist Camal Qaşıqçının işin araşdırılması çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun iqamətgahında axtarış prosedurunu başa çatdırıb.

Report xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, axtarış prosesi doqquz saatdan çox davam edib. Axtarışlar çərşənbə axşamı, oktyabrın 16-da aparılmalı idi. Lakin Səudiyyə Ərəbistanı ilə rəsmi razılığın olmamasına görə Türkiyə kriminalistləri binaya buraxmayıblar.

Xatırladaq ki, jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı binasına daxil olub və bundan sonra itkin düşüb. Sonradan CNN telekanalı bildirib ki, jurnalist öldürülüb. Bundan sonra isə onun cəsədi baş konsulluğun binasında hissələrə ayrılıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti