Əfqanıstanda partlayış zamanı NATO əsgərləri yaralanıb

18-10-2018, 13:36
Oxunub: 34
Bütün yaralılara hadisə yerində tibbi yardım göstərilib


Ötən gün NATO-nun Əfqanıstandakı aviabazası yaxınlığında parklanmış avtomobil partlayıb.

Trend-in məlumatına görə, aviabazanın qorunmasında iştirak edən 5 çexiyalı hərbçi partlayış zamanı yaralanıb.
 
Bildirilir ki, çexiyalı hərbçilər avtomobil ilə keçərkən aviabazanın yaxınlığında duran digər avtomobil partlayıb və nəticədə hərbçilərin olduğu avtomobil aşıb. Onlardan 4-ü yüngül, 1-i isə ağır yaralanıb.

Bütün yaralılara hadisə yerində tibbi yardım göstərilib və daha sonra onlar helikopterlə Bahram aviabazasının xəstəxanaslna çatdırılıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti