Hindistanda "Titli" siklonu qurbanlarının sayı 57-yə çatıb

18-10-2018, 13:27
Oxunub: 39
Həlak olanların çoxu torpaq sürüşmələri, hasarların aşması, suda boğulmalar və ağacların qurbanı olub


Hindistanın şərq sahillərində, Orissa ştatında tüğyan edən "Titli" siklonunun və onun səbəb olduğu daşqınların qurbanlarının sayı 57 nəfərə çatıb.

Bu barədə Report "RİA Novosti"yə istinadən xəbər verir.

Yerli "Odisha Sun Times" nəşri bildirib ki, daha çox insan tələfatına Hajapati dairəsində rast gəlinib. Orada 39 nəfər dünyasını dəyişib.

Həlak olanların çoxu torpaq sürüşmələri, hasarların aşması, suda boğulmalar və ağacların qurbanı olub. Daha əvvəl 26 nəfərin siklonun qurbanı olduğu bildirilirdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti