"Maykl" qasırğası 33 nəfərin ölümünə yol açıb

18-10-2018, 13:20
Oxunub: 41
İnsan ölümü faktları ən çox Florida ştatında qeydə alınıb


ABŞ-da "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

Trend-in məlumatına görə, insan ölümü faktları ən çox Florida ştatında qeydə alınıb - 23 ölü, 6 nəfər Virciniya ştatında həlak olub, 3 nəfər Şimali Karolina və 1 nəfər Corciya ştatında.

Qeyd edək ki, daha əvvəl 29 nəfərin öldüyü bildirilirdi.

"Maykl" qasırğası Florida ştatının Meksiko-Biç şəhərinin şimal-qərbinə ötən həftə çatıb. Küləyin sürəti saatda 250 kilometrə qədər çatıb. Daha sonra qasırğa fırtınaya qədər zəifləyib.

"Fox News" telekanalının məlumatına əsasən, qasırğanın vurduğu zərər 300 milyard dollara yaxın təşkil edə bilər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti