Pompeo: "Türkiyəyə qarşı sanksiyaların ləğvi ilə bağlı qərar tezliklə veriləcək"

17-10-2018, 19:57
Oxunub: 36
Bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Türkiyəyə səfəri zamanı bildirib


"ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilib-edilməməsi ilə bağlı yaxın vaxtlarda qərar verəcək".

Report TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Türkiyəyə səfəri zamanı bildirib.

Qeyd edək ki, ABŞ hökuməti casusluqda ittiham olunan amerikalı keşiş Endryu Bransonun həbsinə görə Türkiyəyə qarşı sanksiya tətbiq edib. ABŞ vətəndaşı olan keşiş isə bu günlərdə azadlığa buraxılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti