İsrail raket zərbələrinə məruz qalıb

17-10-2018, 17:59
Oxunub: 42
İsrail hərbçiləri raket əleyhinə sistemlərin niyə işə düşmədiyini aydınlaşdırırlar


İsrail raket zərbələrinə məruz qalıb.

Trend-in "The Jerusalem Post"a istinadən verdiyi məlumata görə, raket zərbələri oktyabrın 17-də Qəzza sektoru tərəfdən endirilib.

Mərmilərdən biri Beer Şeva şəhərindəki evlərdən birinə düşüb, xəsarət alanlar var.

Daha bir mərmi isə Təl-Əvivdən cənuba, Bat Yam şəhəri yaxınlığında dənizə düşüb.

İsrail hərbçiləri raket əleyhinə sistemlərin niyə işə düşmədiyini aydınlaşdırırlar.

Buna cavab olaraq İsrail aviasiyası Qəzza sektoruna zərbələr endirib. Fələstinlilərin məlumatına görə, bir nəfər ölüb, ən azı 10 nəfər yaralanıb.

Raket atəşindən sonra müdafiə naziri Aviqdor Liberman Erez və Kərəm-Şalom sərhəd buraxılış məntəqələrinin bağlandığını elan edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti