Qarabağa qanunsuz səfər edən üç jurnalistin adı "arzuolunmaz şəxslər siyahısı"na salınacaq

17-10-2018, 17:50
Oxunub: 36
"Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları "arzuolunmaz şəxslər siyahısı"na daxil ediləcək"


Azərbaycan daha üç nəfərin adını "arzuolunmaz şəxslər siyahısı"na daxil edəcək.  

Bu barədə Report-a Xarici İşlər Nazirliyindən bildirilib.  

"Frankafoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə Keyətinin bəzi üzvlərini qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib. Jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları "arzuolunmaz şəxslər siyahısı"na daxil ediləcək", - məlumatda vurğulanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti