Putin Türkiyəyə səfər edəcək

17-10-2018, 17:25
Oxunub: 70
Sammitdə Suriyadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır


Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Report “Haber7”yə istinadən xəbər verir ki, bunu dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron arasında 4 tərəfli zirvə toplantısı keçiriləcək. Toplantının yaxın zamanlarda gerçəkləşəcəyi gözlənilir. Sammitdə Suriyadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da V.Putinin Türkiyəyə səfər edəcəyini təsdiqləyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti