"Maykl" qasırğası nəticəsində ölənlərin sayı 29-a çatıb

17-10-2018, 11:25
Oxunub: 33
Təbii fəlakət zamanı əlaqə kəsilən insanların axtarışı davam etdirilir


Birləşmiş Ştatlarda artıq sakitləşən "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb və yerli hökumət bu sayın artacağını gözləyir.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.

Onun hesablamalarına görə, təbii fəlakət nəticəsində 20 nəfər Floridada, 5 nəfər Vincinyada, üç nəfər Şimali Karolinada və bir nəfər isə Corciyada həyatını itirib.

Təbii fəlakət zamanı əlaqə kəsilən insanların axtarışı davam etdirilir.

Son məlumatlara görə, min nəfərdən çox insanla əlaqə kəsilib. Hökumət güman edir ki, onlardan kimlərsə ölüb və qurbanların sayının artcağı proqnozlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti