Krımda texnikum binasında partlayış vaş verib, 10 nəfər ölüb

17-10-2018, 15:13
Oxunub: 50
Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb olunublar


Krımın Kerç şəhərində texnikum binasındakı hadisə partladıcı qurğunun işə salınmasının nəticəsidir.

Report Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Milli Terrorçuluqla Mübarizə Komitəsindən bildiriblər.

* * *

Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb.

Report Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, binada qaz balonu partlayıb. Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb olunublar.
 
 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti