Energetika Nazirliyi “Masdar” şirkəti ilə Çərçivə Sənədi imzalayıb

17-10-2018, 14:42
Oxunub: 53
“Masdar” bərpa olunan enerji və dayanıqlı şəhər inkişafı sahəsində böyük beynəlxalq şirkətdir


Bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirmək məqsədi ilə Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında Fəaliyyət üçün Çərçivə Sənədi imzalanıb. 

Bu barədə Etatist.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Sənədi Azərbaycan tərəfindən qurumun aparat rəhbəri Zaur Məmmədov, BƏƏ tərəfindən isə şirkətin Şərqi Avropa, Mərkəzi Asiya və Rusiya üzrə baş direktoru Əhməd Əl Avadi imzalayıb.

Energetika Nazirliyi “Masdar” şirkəti ilə koordinasiyalı fəaliyyət və tərəfdaşlıq əsasında Dövlət Özəl Tərəfdaşlığı layihələri qismində bərpa olunan enerji (günəş və külək) layihələrinin inkişafı və təmiz enerji texnologiyaları ilə bağlı təcrübə mübadiləsi üzrə əməkdaşlıq edəcək. Bununla yanaşı, əməkdaşlıq külək və digər bərpa olunan enerji üzrə layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə fəaliyyətləri də əhatə edəcək.

Qeyd edək ki, “Masdar” bərpa olunan enerji və dayanıqlı şəhər inkişafı sahəsində böyük beynəlxalq şirkətdir. “Masdar” BƏƏ daxil olmaqla, İordaniya, Mavritaniya, Misir, Mərakeş, Böyük Britaniya, Serbiya və İspaniyada bərpa olunan enerji layihələri həyata keçirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti