Vladimir Putin Fransaya səfər edəcək

16-10-2018, 18:56
Oxunub: 46
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib


Rusiya Prezidenti Vladimir Putin noyabrın 11-də Fransaya səfər edəcək.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, V.Putin Birinci Dünya müharibəsinin sona çatmasının 100 illiyi münasibətilə həmin günlərdə Yelisey çöllərində təşkil ediləcək təntənəli mərasimlərdə iştirak edəcək.

V.Putin həmçinin Fransa Prezidenti Emmanuel Makronun verəcəyi işgüzar səhər yeməyində iştirak edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti