DMX tərəfindən 169 əcnəbi saxlanılıb

16-10-2018, 17:26
Oxunub: 45
Həmin əcnəbilərdən 150 nəfər barəsində inzibati qərarlar qəbul olunub


Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 nəfər əcnəbi saxlanılıb.

DMX-dən Etatist.com-a verilən məlumata görə, onlardan 8 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər İraq vətəndaşı Dövlət Təhlükəsizlik Xidməti (DTX), 4 nəfər Pakistan vətəndaşı isə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş birgə tədbirlər zamanı saxlanılıb.

Saxlanılmış 11 nəfərin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları və digər 158 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
 
Həmin əcnəbilərdən 150 nəfər barəsində inzibati qərarlar qəbul olunub, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti