Milli Məclisin növbəti plenar iclası başlayıb

16-10-2018, 12:35
Oxunub: 34
İclasın gündəliyinə 17 məsələ daxildir


Azərbaycan Milli Məclisinin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Report xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 17 məsələ daxildir.

Bunlar "Banklar haqqında", "İpoteka haqqında", "Lotereyalar haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Pasportlar haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlarına, o cümlədən Cinayət, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələridir.

İclasda yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinə də baxılacaq. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti