Zakir Həsənov Çexiyaya səfər edəcək

16-10-2018, 11:12
Oxunub: 42
Səfər çərçivəsində Çexiyanın müdafiə naziri və digər dövlət qurumlarının rəhbərləri ilə görüşlər nəzərdə tutulur


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarının dəvəti ilə oktyabrın 17-dən 20-dək Çex Respublikasında işgüzar səfərdə olacaq.

Bu barədə Etatist.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Çexiyanın müdafiə naziri və digər dövlət qurumlarının rəhbərləri ilə görüşlər, həmçinin bu ölkənin müdafiə sənayesi müəssisələrinin istehsal etdiyi məhsullarla tanışlıq nəzərdə tutulur.

Görüşlər zamanı Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti