Azərbaycanda bu il qızıl hasilatı azalıb

16-10-2018, 14:31
Oxunub: 48
1 oktyabr 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 63 kq təşkil edib


Azərbaycanda 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 3 356,7 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% azdır.

Etatist.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, 1 oktyabr 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 63 kq təşkil edib.

Bu ilin yanvar-sentyabr ayları ərzində gümüş hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 dəfə artaraq 1 856,1kq-a çatıb.

Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox - 6,391 ton qızıl hasil olunub.

Hazırda Azərbaycanda qızıl “AzerGold” QSC və Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti