Sabaha olan hava proqnozu

15-10-2018, 12:58
Oxunub: 59
Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etatist.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 16-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-20, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 16-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 18-22, dağlarda gecə 3-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoza görə, oktyabrın 16-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi və iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti