Türkiyə polisi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub

15-10-2018, 21:39
Oxunub: 39
Türkiyə – Səudiyyə Ərəbistanı birgə işçi qrupu İstanbulun polis idarəsində ilk iclasını keçirib


Türkiyə polisi səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasına daxil olub.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi NTV telekanalı məlumat yayıb.

Bundan əvvəl sözügedən iş üzrə Türkiyə – Səudiyyə Ərəbistanı birgə işçi qrupu İstanbulun polis idarəsində ilk iclasını keçirib, daha sonra Səudiyyənin işçi qrupunun üzvləri konsulluğa daxil olub.

Qeyd edək ki, itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı bu gün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacağı bildirilmişdi.

Amerikanın "Washington Post" qəzetində icmalçı işləyən və 2017-ci ildən ABŞ-da yaşayan Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra itkin düşüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti