Tramp Səudiyyə Ərəbistanı kralı ilə Camal Qaşıqçı məsələsini müzakirə edib

15-10-2018, 18:40
Oxunub: 74
O, məsələni aydınlaşdırmaq üçün dövlət katibi Mayk Pompeonu Ər-Riyada ezam etmək niyyətindədir


ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudla itkin düşən jurnalist Camal Qaşıqçı məsələsini müzakirə edib.

Report xəbər verir ki, D.Tramp bu barədə "Twitter" səhifəsində yazıb.

O, məsələni aydınlaşdırmaq üçün dövlət katibi Mayk Pompeonu Ər-Riyada ezam etmək niyyətindədir.

D.Tramp bildirib ki, Səudiyyə Ərəbistanı kralı jurnalistin başına gələnlərlə bağlı xəbərinin olmadığını bildirib və bu məsələni araşdırmaq üçün Türkiyə ilə yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti