Teslanın ölümü və ondan qalan qeydlər

15-10-2018, 16:00
Oxunub: 477
"Onların belə tələsik hərəkətinin səbəbi bu qiymətli araşdırmaların SSRİ Qızıl Ordusunun əlinə keçmə təhlükəsi idi"


İxtiraları ilə tarixdə dərin iz qoyan Tesla bir mehmanxanada yalnızkən vəfat etmişdi... Ölümündən çox onun ixtiraları, qeydləri və məqalələri dünyanın diqqətini çəkmişdi. Bu qeydləri hamı axtarsa da, hamısı bir axşam FTB tərəfindən toplanıb gözdən itirilir.

72 il əvvəl, 1943-cü ildə Manhettendə “New Yorker” mehmanxanasının 33-cü mərtəbəsində 3327 nömrəli otaqda 7 yanvardan 8-nə keçən gecə Teslanın ölü bədəni tapılmışdı. Ürək çatışmazlığından öldüyü təxmin edilir. Çox vaxt otağından günlərlə çıxmadığı üçün dəqiq nə vaxt öldüyü bilinmir.

FTB-nin topladığı xeyli sayda sənədlər

Həmin axşam Teslanın qaçqın olan qardaşı oğlu Sava Kosanoviç iki redaktorla birlikdə müsahibə üçün onun yanına gedir. Teslanı ölü tapanda isə vəsiyyətini axtarmağa başlayırlar. Onlar yazılarını və təcrübə alətlərini toplayırlar. Yenə həmin axşam FTB-dən gələnlər bütün əşyaları yığışdırıb iki böyük yük maşını ilə aparırlar. Onların belə tələsik hərəkətinin səbəbi bu qiymətli araşdırmaların SSRİ Qızıl Ordusunun əlinə keçmə təhlükəsi idi. Çünki Tesla son vaxtlar silah dizaynı üzərində çalışırdı. Həmin işlərinə misal olaraq  “Mikrodalğa silah”, “Zəlzələ və Sunami silahı”nı göstərmək olar. Təbii olaraq bu da FTB-ni narahat edirdi.

Hamıdan gizli layihələr

Tesla məqalələrini Nyu Yorkda bir anbarda 50 qutu içərisində saxlamışdı. Hətta birini də 1932-ci ildə Grosvenor Clinton mehmanxanasına əmanət etmişdi. Bunu da öyrənən FTB həmin qutunu da ələ keçirir. O qutuda Teslanın kabelsiz enerji ötürmə ilə “Ölüm şüası” adlandırdığı layihəsi var idi. Çox vacib olan bu layihə ABŞ və SSCB Hərbi Kəşfiyyat xidməti ilə Almaniya tərəfindən alimin ölümündən sonrakı bir neçə il ərzində ciddi şəkildə tədqiq olunmuşdur. Burada göstərilən düşmən qüvvələrinin elektronika sistemi çökdürülərək elektronik bir divarın yaradılmasıdır.  Həmin layihə məqsədinə çataraq Körfəz müharibəsi və Yuqoslaviyanın bombalanmasında istifadə edilmişdir. Yenə Teslanın “Sunami silahı” təcrübədən keçirilmiş və dənizdə zəlzələ yaradılaraq nəhəng dalğalar əldə edilmişdir.

Teslanın ölümü və ondan qalan qeydlər


Bizə çox gec çatan ixtira: Radio!

1943-cü ilə qədər radionun Markoni tərəfindən ixtira olunduğu deyilirdi. Amma Teslanın ölümündən 6 ay sonra ixtiraçının Markoni yox, məhz Tesla olduğu sübut edilmişdir.

Teslanın ölümü və ondan qalan qeydlər

Nəticə olaraq, Teslanın bütün layihə və məqalələri ABŞ-ın əlinə keçmişdir. Bunlar isə FTB tərəfindən “Top Secret” olaraq möhürlənmiş, müzakirəsi və yayılması qadağan edilmişdir.
Tərcümə: İlkay Əliyeva
Mənbə: fizikist.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti