Aİ kimyəvi silahlarla bağlı sanksiya tətbiqinin yeni qaydalarını təsdiq edib

15-10-2018, 16:05
Oxunub: 271
Bu barədə Lüksemburqda keçirilən Avropa İttifaqı Şurasının Mətbuat Mərkəzinin məlumatında deyilir


Avropa İttifaqı üzvü olan 28 ölkənin xarici işlər nazirləri kimyəvi silahların yaradılması və tətbiqinə görə məsuliyyət daşıdığı ortaya çıxarılan hüquqi və fiziki şəxslərə qarşı sanksiya tətbiqinin yeni prosedurunu təsdiq edib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Lüksemburqda keçirilən Avropa İttifaqı Şurasının Mətbuat Mərkəzinin məlumatında deyilir.

“Şura kimyəvi silahların tətbiqi və yayılması problemini həll etmək üçün məhdudlaşdırıcı tədbirlər tətbiqinin yeni rejimini qəbul edib”,- məlumatda bildirilir.

Qeyd edək ki, bu il iyunun sonunda Böyük Britaniya və ABŞ-ın təşəbbüsü ilə Suriyada hökumət qoşunları tərəfindən kimyəvi silahların tətbiqi barədə iddialarla, habelə “Skripal qalmaqalı” ilə bağlı keçirilən Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının Haaqadakı fövqəladə sessiyasından bir gün sonra sözügedən tədbir haqqında qərar verilmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti