Tramp: "Aİ özünü ABŞ-ın düşməni kimi aparır"

15-10-2018, 15:41
Oxunub: 43
"Heç kim bizə qarşı özünü Avropa İttifaqı kimi pis aparmır"


"Rəsmi Vaşinqtonun müttəfiqlərindən heç biri ABŞ-a qarşı özünü Avropa İttifaqı qədər düşmən kimi aparmır".

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində bildirib.

"Müttəfiq kimdir? Çoxları ilə gözəl münasibətlərimiz var. Amma heç kim bizə qarşı özünü Avropa İttifaqı kimi pis aparmır. Avropa İttifaqı ticarət sahəsində bizdən istifadə etmək üçün yaradılmışdı və onlar da məhz bunu etdilər", - D.Tramp deyib.

Aparıcının bu ifadələrin düçmənçilik xarakterli olduğunu bildirməsinə cavabında ABŞ lideri söyləyib: "Bilirsiniz, düşmənçilik nədir? Onların bizə qarşı necə davranmalarıdır. Biz düşmənçilik eləmirik... Uzun illər ərzində məhz biz "axmaq ölkə" durumunda olmuşuq".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti